Qəzza zolağında 8 aylıq müharibə zamanı məktəblərin 80%-i qismən və ya tamamilə dağıdılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.
Davam edən Fələstin-İsrail qarşıdurmasına görə, 625 min nəfər təhsildən kənar qalıb. Bu il 40 min məzunun buraxılış imtahanlarında iştirak edə bilmədiyi açıqlanıb.