Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazir Ermənistan-Azərbaycan sərhədlərinin müəyyən edilməsi prosesinin başlanması və davam etdirilməsinin vacibliyini qeyd edərək, bunun Almatı bəyannaməsi əsasında getdiyini söyləyib.
“Prosesin davam etdirilməsinə böyük əhəmiyyət veririk. Sülh müqaviləsinin hazırlanması paralel gedir, Ermənistan da burada çox konstruktiv əhval-ruhiyyədədir. Ümid edirik və bunu real hesab edirik, bundan əvvəl də demişdim ki, bir ay ərzində gərgin iş şəraitində hazırlığı başa çatdırmaq və Azərbaycanla sülh müqaviləsini imzalamaq olar”, - Mirzoyan qeyd edib.
Ermənistanın baş diplomatı regionda uzunmüddətli sülh üçün tarixi imkanın olduğuna inandığını bildirib.