3 İyul 12:30
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana dəhlizin (Zəngəzur) verilməsi ilə bağlı danışıqlar aparılır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general Tiran Xaçaturyan deyib.

Kərkinin Azərbaycana təhvil verilməsi məsələsindən danışan general qeyd edib ki, bu mövzu da tərəflər arasında müzakirə olunur.

Xaçaturyan hesab edir ki, Kərkinin qaytarılmasından sonra Ermənistan-İran dövlətlərarası yolu da Azərbaycanın nəzarətinə keçəcək, üstəgəl, Bakı İrəvandan anklava yol tələb edəcək.

“Məsələ təkcə Kərki ilə bağlı deyil, masa üzərində başqa tələblər də var. Məsələn, dəhlizlə bağlı”, - general vurğulayıb.

Xaçaturyan iddia edir ki, Azərbaycana dəhlizin verilməsi ilə bağlı hazırda tərəflər arasında danışıqlar gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər