Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan qonşuları ilə münasibətlərin tənzimlənməsində maraqlıdır və əməli səylər göstərir. Türkiyə ilə də münasibətləri tam şəkildə tənzimləməyə, əlaqələr qurmağa, sərhədi açmağa və bu kontekstdə artıq əldə edilmiş razılaşmaları həyata keçirməyə hazırıq”, - nazir bildirib.
Mirzoyan iddia edir ki, Ermənistan Türkiyə ilə sağlam dialoq aparır.
“Əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vaxtı çoxdan çatıb”, - Mirzoyan əlavə edib.