Həyatına sui-qəsddən sonra dərin koma vəziyyətində olan qazaxıstanlı müxalif jurnalist Aidos Sadıkov Kiyevdə vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Nataliya Sadıkova məlumat verib.
İyunun 18-də Kiyevdə naməlum silahlı şəxs Sadıkov və onun həyat yoldaşının olduğu avtomobilə hücum edib. Həmin şəxs jurnalisti vuraraq qaçıb.
Jurnalisti öldürməyə cəhd hadisəsində 2 nəfərin əli olduğu açıqlanıb. Hər iki şübhəlinin Ukraynadan qaçdığı müəyyən edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Sadıkova hücumun araşdırılmasına qoşulmağa hazır olduğunu bildirib. Daha sonra Qazaxıstan Baş Prokurorluğu iki şübhəlidən biri Altay Jakanbayevin saxlandığını bəyan edib. Həmin şəxsin özünün yerli daxili işlər orqanlarına müraciət etdiyi iddia olunur.
Cəhddən sonra Sadıkov dərin komada vəziyyətində idi.