4 İyul 20:09
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya prokurorluğu moda nəhənglərinə qarşı tədarük zənciri araşdırmasına başlayıb.

Teleqraf.com xəbər verir ki, istintaqın başlamasına səbəb Fransanın "LVMH" brendi olub.

İtaliya prokurorları 81 ölkədə fəaliyyət göstərən fransız moda nəhəngi "LVMH"yə qarşı "əmək istintaqı" başladıblar.

Araşdırmalar zamanı "LVMH"yə bağlı dörd şirkətdə işçilərin qeyri-qanuni iş şəraitində çalışdığı ortaya çıxıb. Məhkəmə "LVMH" brendinə məxsus "Dior"marka çanta istehsalçısını müdafiə etmək üçün qəyyum təyin edib.

İstintaq zamanı şirkətin işçiləri daha çox işləməyə məcbur etdiyi, çox vaxt gecə və bayram günlərində belə işlətdiyi üzə çıxıb. İttihama görə, bəzi əməkdaşlar işlədikləri yerdə yatırlar, bəzi işçilər isə müqaviləsiz işləyirlər. İki işçi qeyri-qanuni yollarla İtaliyaya mühacirət edib.

Araşdırma zamanı o da məlum olub ki, mağazalarda 2600 avroya satılan “Dior” əl çantası, təchizatçı tərəfindən 53 avroya istehsal edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər