4 İyul 21:38
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Pekin arasında müttəfiqliyin dərinləşdirilməsinə əsaslanan yeni Avrasiya təhlükəsizlik arxitekturasının yaradılmasına çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” yazır.

ABŞ agentliyinə görə, Rusiya lideri bu yolla Avropada Soyuq Müharibədən sonra qurulmuş, ABŞ və müttəfiqlərinin hökmranlıq etdiyi nizama meydan oxumaq istəyir.

“Rusiyanın məqsədi ayrı-ayrı ölkələrə birtərəfli üstünlüklər verən köhnəlmiş avrosentrik və avroatlantik modelləri əvəzləmək üçün bölünməz təhlükəsizliyi və inkişafı təmin etməkdir. Belə bir dünya düzəninin nəticəsi hamıya məlumdur - bütün dünyada böhranların sayının artması. Bunlardan biri də Ukraynadır”, - Putin bildirib.

“Blumberq” əlavə edir ki, Rusiya lideri təklif etdiyi yeni Avrasiya təhlükəsizlik sazişinin necə işləyəcəyi ilə bağlı bir neçə detal verib. Putin ötən ay bunun Avropa və NATO ölkələri üçün açıq olacağını bildirsə də, ABŞ-ni istisna edəcəyini bəyan etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu