Rusiya ordusu Donetsk vilayətində Ukrayna qüvvələrinə təzyiqlərini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Nəşr yazır ki, ruslar Ukrayna vilayətinin daha bir yaşayış məntəqəsini – Pokrovsk şəhərinin Lisivka kəndini ələ keçiriblər.
“Düşmən Lisivkanı işğal edib həmçinin Lisivka, Klişçivka, Nevelski, Ukrainska və ətraf rayonlar yaxınlığında irəliləyib”, - məlumatda deyilir.
Rusların Kalınivka rayonu ətrafında irəlilədiyi də bildirilir.