23 Sentyabr 22:27
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu Livan sakinlərinə müraciət edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, o, müraciətində sakinləri "Hizbullah" təşkilatının silah saxladığı əraziləri tərk etməyə çağırıb.

“Livan xalqına bir mesajım var. İsrail sizinlə yox, Hizbullahla müharibə aparır. Çox uzun müddətdir ki, o, sizdən canlı qalxan kimi istifadə edir” - Netanyahu deyib.

Onun sözlərinə görə, Hizbullah raketləri ölkə sakinlərinin “otaqlarına və qarajlarına” yerləşdirib. O əlavə edib ki, İsrail öz xalqını qorumaq üçün bu silahları məhv etməlidir.


Müəllif: Arzu

Oxşar xəbərlər