26 Oktyabr 22:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda bu gün keçirilən parlament seçkilərində saat 20:00-a olan məlumata görə, seçici fəallığı 58,94% təşkil edib. Yəni 2 060 412 nəfər səs verib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Gürcüstan MSK-nın mətbuat katibi Natiya İoseliani deyib.

Onun sözlərinə görə, səsvermə prosesi əsasən sakit və təhlükəsiz şəraitdə başa çatıb, bəzi hallarda insidentlər və texniki səhvlər də qeydə alınıb.

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 18 partiya mübarizə aparır. Əsas rəqabət "Gürcü Arzusu" və müxalif "Milli Birlik Hərəkatı" arasındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər