26 Oktyabr 21:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-na keçən gecə İrana hücum edən İsraili regional miqyasda münaqişəyə başlamaqda ittiham edib.

Teleqraf.com “TRT”-yə istinadən xəbər verir ki, o, bu barədə ölkənin cənub-şərqindəki Hatay vilayətində bildirib.

“Qərb gücləri tərəfindən təqdir edilən İsrail hökuməti regional münaqişənin qaynağını alovlandırmağa çalışır. Ümid edirəm ki, bu oyun baş tutmayacaq”, - deyə Ərdoğan qeyd edib.

Bundan əvvəl İsrailin İrana zərbələri Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən pislənərək, bu hücumla Təl-Əvivin bölgəni daha böyük müharibənin astanasına gətirdiyini vurğulamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər