26 Oktyabr 20:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrikada doğulmuş və sonra ABŞ vətəndaşlığı alan İlon Mask yetkinlik yaşına qədər qaçaq işləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Washington Post" araşdırma aparıb.

Araşdırmaya görə, Mask özünün etdiklərini başqalarına qadağan etməyə çalışır. Mask 1990-cı illərdə "Zip2"də işləmək üçün qanuni hüququ olmayıb. 9 il sonra Mask "Zip2"ni 300 milyon dollara satıb.

Nəşr qeyd edib ki, hazırda İlon Mask “açıq sərhədlər” siyasətini fəal şəkildə tənqid edir. Demokratlar Partiyasının göz yumduğu qeyri-qanuni miqrantların ölkəni məhv etdiyini iddia edir.

Son zamanlar xüsusilə Respublikaçılar Partiyasının namizədi Donald Trampın birbaşa dəstəyindən sonra Tesla və SpaceX- in qurucusu öz fikirlərini ifadə etməkdə daha da fəallaşıb.


Müəllif: Arzu

Oxşar xəbərlər