26 Oktyabr 21:36
239
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa İttifaqı (Aİ) Serbiyanın Rusiya ilə əlaqə saxlamasını istəmir".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç BRİKS sammitində iştirakdan imtina etməsindən danışıb.

Vuçiç bildirib ki, Avropa İttifaqı Serbiya hakimiyyətinin Rusiya rəsmiləri ilə görüşməsini istəmir.

"Onlar bizim ruslarla danışdığımızı görmək istəmirlər", - Serbiya lideri deyib.

O həmçinin bildirib ki, əgər o, Ursula fon der Leyenlə görüşdən imtina edib, BRİKS sammitinə qatılsaydı, Serbiyanın yaxın 3 ay-1 ildə sağ qalacağı bəlli olmazdı.


Müəllif: Arzu

Oxşar xəbərlər