26 Oktyabr 21:08
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın müxalifət partiyaları birlikdə parlamentdə hakim "Gürcü Arzusu" partiyasından daha çox yer qazanıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat müxalif "Formula" telekanalının sifarişi ilə keçirilən ekzit- pollun nəticələrində yer alıb.

"Edison Research" tərəfindən aparılan və telekanalın sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, hakim Gürcü Arzusu Partiyası 40,9%, Birlik Milli Hərəkatı və Dəyişiklik Naminə Koalisiya partiyalarının hər biri 16,7%, Güclü Gürcüstan partiyası isə 10,3% səs toplayıb. "Qaxariya - Gürcüstan üçün" partiyası - 8,2%.

Beləliklə, nəticələrə əsasən “Gürcü arzusu” 67 mandat, müxalifət isə ümumilikdə 83 mandat qazanır.


Müəllif: Arzu

Oxşar xəbərlər