3 Noyabr 01:36
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdəki “nasist rejimi” BMT Nizamnaməsinin əsas prinsiplərini kobud şəkildə pozur, Qərb ölkələri isə Ukrayna hakimiyyətini tərifləyir və Kiyevin “Avropa dəyərlərini” müdafiə edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRIKS beynəlxalq televiziyasına müsahibəsində deyib.

O bildirib ki, BMT Nizamnaməsi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq insan hüquqlarına hörmət edilməsini tələb edir. Və Ukraynada, son on ildə müxtəlif sahələrdə rus dilini qadağan edən qanunlar qəbul edildi və Ukrayna Pravoslav Kilsəsi qadağan edildi.

“Hər künc-bucaqda və hər səbəbdən “insan haqları çempionu” olduğunu qışqıran Qərb Ukrayna böhranında bunu heç vaxt dilə gətirməyib”, - Lavrov qeyd edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər