26 Dekabr 18:47
205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunu ziyarət edib.

Teleqraf.com xəbər verir ki, o, AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar diplomatik nümayəndəlikdə açılan başsağlığı kitabına qeyd yazıb.

T.Rijvadze aviaqəzada həlak olanların ailələrinə başsağlığı verib, Azərbaycan xalqına dəstəyini ifadə edib və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Hökumət başçısı faciə ilə bağlı Azərbaycan xalqının kədərini bölüşdüyünü qeyd edib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər