İsrail İranın dəstəklədiyi proksi qüvvələrin İraqdan yəhudi dövlətinə qarşı hücumu davam etdirəcəyi təqdirdə vuracaq hədəflərini müəyyənləşdirib. Artıq bu barədə Bağdada xəbərdarlıq edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Saudi Elaph” məlumatlı mənbələrə istinadla yazır.
Adı açıqlanmayan rəsmilər agentliyə deyiblər ki, peyklər İrandan İraq ərazisinə ballistik raketlər və digər avadanlıqlar ötürən Tehranı izləyib. Onların sözlərinə görə, bu, İsrailə qarşı gözlənilən hücumda həmin avadanlıqlardan istifadə məqsədi daşıyır.
Materialda vurğulanır ki, İsrail İranın dəstəklədiyi proksilər, eləcə də İraq dövlətinə aid hədəfləri izləyir və müəyyənləşdirir. İsrail Bağdada xəbərdarlıq edib ki, proksiləri cilovlamalı və onların hücum üçün İraq ərazisindən istifadə etmələrini dayandırmalıdır.
İddiaya görə, Bağdad İranın İsrailə hücumu davam etdirmək üçün İraq ərazisindən istifadə etməsindən narahatdır.
Tehran oktyabrın 26-da İsrailin İranın hərbi baza və obyektlərini hədəf alan hücumuna cavab olaraq bu ölkəni hava zərbələri ilə hədələyib.
İsrailin İrana hava zərbələri Tehranın oktyabrın 1-də həyata keçirdiyi hücuma cavab xarakteri daşıyıb.