3 Noyabr 18:54
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada silahlı şəxslər karqo şirkətinin ofisinə hücum edib, bir milyon avroluq məhsul oğurlayıblar

Teleqraf.com xəbər verir ki, şirkətin ofisini qarət edən silahlı dəstə üzvləri anbardan və yük maşınlarından külli miqdarda dəyərli texnoloji məhsullar oğurlayıblar.

Dəstə üzvləri hadisə yerindən uzaqlaşarkən giriş-çıxış yollarında saxladıqları oğurlanmış avtomobilləri də yandırıblar.

Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb, dəstə üzvlərinin axtarışları davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər