3 Noyabr 20:57
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya kralı VI Felipe güclü yağışlardan zərər çəkmiş Valensiya bölgəsinə baş çəkərkən qəzəbli yerli sakinlərin etirazı ilə qarşılaşıb. Sakinlər kralın üzərinə zibil və palçıq atıb, onu "qatil" deyə səsləyiblər.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə kralın cangüdənlərinin onu izdihamdan çətirlə qorumağa çalışdıqları, jurnalistlərin isə etirazçıların "palçıq atəşi" altında qaldıqları görünür.

Yerli sakinlər, İspaniya hakimiyyətinin daşqınlar səbəbindən yaranmış fəlakətlə mübarizə üsulundan narazıdırlar. Ölkənin şərqində 200-dən çox insan təbii fəlakət nəticəsində həyatını itirib və bu rəqəm artmağa davam edir.

Qeyd edək ki, İspaniyada həlak olanlar üçün üç günlük matəm elan olunub və bir sıra tədbirlər, o cümlədən idman yarışları təxirə salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər