3 Noyabr 20:23
315
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ABŞ-nin maliyyələşdirdiyi media orqanında işləyən ikili vətəndaşlığı olan şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, R.Vəlizadənin İran vətəndaşlığı da var və "Azadlıq Radiosu"nun filialı olan "Radio Fərda"da işləyib. Fevral ayında jurnalist sosial şəbəkədə ailə üzvlərinin onu ölkəyə qayıtmağa məcbur etmək məqsədilə İranda saxlanıldığı haqda məlumat vermişdi.

ABŞ Dövlət Departamenti agentliyə Vəlizadənin saxlanması faktını təsdiqləyib və qeyd edib ki, onlar vəziyyətlə bağlı məlumat toplamaq üçün İranda ABŞ-nin himayədarı kimi xidmət edən isveçrəli tərəfdaşlarla işləyirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər