7 Noyabr 23:09
211
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moldova Konstitusiya Məhkəməsi Avropa İttifaqına daxil olmaq üzrə referendumun nəticələrini tanınmamalıdır".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Moldova Konstitusiya Məhkəməsinin hakimi Vladimir Turcan deyib.

“Hesab edirəm ki, bu halda Konstitusiya Məhkəməsi 2024-cü il oktyabrın 20-də keçirilmiş konstitusiya referendumunun baş tutduğunu tanımalı, lakin onun nəticələrini ləğv etməli idi, çünki konstitusiya qanun layihəsi təsdiqlənmək üçün lazım olan səsləri toplaya bilmədi”, - hakim bildirib.

Onun sözlərinə görə, referenduma çıxarılan qanun layihəsinin lehinə səsvermədə iştirak edənlərin 749 719 vətəndaşı (48,9%), müvafiq olaraq siyahılarda qeydiyyatda olan vətəndaşların 24,8 faizi səs verib. O, əlavə edib ki, qanunun qəbul edilməsi üçün onun təsdiq edilmiş sayılması üçün çox az səs var.


Müəllif: Arzu

Oxşar xəbərlər