8 Noyabr 21:54
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Almaniyada böhran getdikcə pisləşir və kansler Olaf Şolts bunun öhdəsindən gələ bilmir".

Teleqraf.com xəbər verir ki, Almaniyanın müxalif siyasətçisi Sara Vaqenknext ölkənin aparıcı avtomobil istehsalçılarından biri olan “Volkswagen” böhranını sənayenin gözlənilən tənəzzülünün simvolu adlandırıb.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaları öz vətəndaşlarının zərərinə dəstəkləyən Şolts hökuməti buna görə cavab verməlidir. Belə ki, ilk növbədə enerjinin bahalaşması Almaniya vətəndaşlarının cibinə ziyan vurur.

Oktyabrda Aİ-də qazın orta mübadilə qiyməti ötən ilin payızından bəri çox artıb - bir kubmetr üçün 456 dollar. Almaniya kansleri isə günahını etiraf etmir.

Amma son günlər baş verən hadisələr Almaniyanın hakim koalisiyasının böhran yaşadığını nümayiş etdirir. Gələn ilin büdcəsinin müzakirəsi zamanı isə fikir ayrılıqları yaranıb. Artıq Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek (“Yaşıllar”) ölkədə hakim koalisiyanın (Almaniya Sosial Demokrat Partiyası (ASDP), “Yaşıllar”, Azad Demokratik Partiya (ADP)) dağıldığını açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər