9 Noyabr 15:16
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın rəhbərliyi ilə ABŞ-ın Paris İqlim Sazişindən yenidən çıxa biləcəyi söylənilir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Tramp dövlət başçısı kimi ilk fəaliyyət dövründə sözügedən sazişdən çıxıb.

Amma Co Bayden beynəlxalq müqaviləyə yenidən qoşulmaq qərarı verib. Onun bir hissəsi kimi ABŞ bərpa olunan enerjiyə böyük sərmayə qoyub və neft, qaz hasilatını məhdudlaşdırmaq yollarını axtarıb.

Tramp seçki kampaniyası zamanı iqlim dəyişikliyini saxtakarlıq adlandırmağa davam edib, yenidən Paris Sazişindən çıxacaqlarını vurğulayıb. Neft, qaz hasilatını və çirklənməyə nəzarəti gücləndirəcəyini vəd edib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər