9 Noyabr 13:32
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Müdafiə Nazirliyinin “Mi-8” helikopteri təlim uçuşu yerinə yetirərkən Aktobe vilayətində sərt eniş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, təlim uçuşu zamanı göyərtədə 3 ekipaj üzvü olub, sərt eniş sonrası onlardan biri ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırıb.

Hadisənin təfərrüatları araşdırılır, olay yerində qurumlararası əməliyyat qrupu işləyir. İlkin məlumata görə, qəzanın səbəbi texniki nasazlıqdır.


Müəllif: Mahir

Oxşar xəbərlər