6 Dekabr 12:22
221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzada, Livanda, Ukraynadakı müharibələrdə, o cümlədən, Əfqanıstan, Haiti, Myanma və Sudandakı konfliktlər zamanı tibb və sağlamlıq mərkəzlərinə hücumlar narahalıq doğuran trendə çevrilib.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.

Onun sözlərinə görə, ÜST təkcə bu il ərzində müxtəlif ölkələrdə yerləşən tibb ocaqlarına 1200-dən çox hücumun təşkil edildiyini təsdiqləyib.

"Son 3 il ərzində bu cür hücumların tezliyində, miqyasında və səhiyyə sektoruna təsirində böyük artım müşahidə edirik." - deyə Gebreyesus bildirib.

Qeyd edək ki, ÜST bu cür insidentləri 2018-ci ildən müşahidə etməyə başlayıb.

Bu müddət ərzində 21 müxtəlif ölkədə 7600-dən çox sağlamlıq mərkəzinə edilən hücumlar nəticəsində 2600-dən çox tibb işçisi həlak olub.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər