“ABŞ-ın bugünkü qərarı Gürcüstanın milli maraqlarının müdafiəsi üçün mükafatdır”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-ın “Gürcü Arzusu” partiyasının fəxri sədrinə sanksiyalar tətbiq etməsi məsələsini jurnalistlərə şərh edərkən deyib.
Onun sözlərinə görə, Bayden administrasiyasının qərarı Gürcüstanın hakim komandasını heç maraqlandırmır.
“Yalnız ölkəmizin maraqları əhəmiyyət kəsb edir. Biz artıq üç ildir belə hərəkət edirik və bunun sayəsində Gürcüstan bu gün Ukraynanın olduğu vəziyyətdə deyil”, - İ.Kobaxidze qeyd edib.