29 Dekabr 2024 16:33
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya Respublikasının prezident səlahiyyətlərini müvəqqəti icra edən baş nazirin müavini Çxve San Mok, Muanda baş vermiş təyyarə qəzası ilə əlaqədar ölkədə yeddi günlük matəm elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

“Çxve San Mok bazar günü 177 nəfərin həyatını itirdiyi, iki nəfərin isə itkin düşdüyü təyyarə qəzası ilə əlaqədar milli matəm elan edib”, - onun dəftərxanasından bildirilib.

Bəyanat, 181 sərnişin daşıyan təyyarənin Cənubi Koreyanın cənub-qərbindəki Muan rayonunda məcburi eniş edərək partlamasından bir neçə saat sonra keçirilən təcili iclas zamanı qəbul olunub.

Nazir müavini faciənin nəticələrinin aradan qaldırılması üçün bütün mövcud resursların, o cümlədən avadanlıq, personal və infrastrukturun səfərbər olunması barədə göstəriş verib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər