Suriyanın yeni hökumətinin rəhbəri və Silahlı Qüvvələrin baş komandanı Əhməd əl-Şəranın sərəncamı ilə 49 nəfərə orduda yüksək vəzifə verilib və ya rütbəsi yüksəldilib.
Teleqraf.com xəbər verir ki, təyinat alanlar arasında “Heyət Təhrir əş-Şam” Hərəkatının silahlı qruplarının Türkiyə, Albaniya, Türkmənistan, Şərqi Türküstan (Çin), İordaniya, Mərakeş və Misirdən olan komandirləri də var.
Muxtar Türki kimi tanınan Türkiyə vətəndaşı Ömər Məhəmməd Çiftçi Suriya ordusunda briqada generalı təyin edilib.
Suriya vətəndaşlığını aldıqdan sonra verilən ilk fərmanla vəzifəsi yüksəldilən Ömər Məhəmməd Çiftçi “Nüsra Cəbhəsi”ndən Əhməd əl-Şara ilə birlikdədir.