31 Dekabr 2024 23:56
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir.

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər