“Fox News”un jurnalisti Temmi Bryus Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb.
“Temmi Bryusun Dövlət Departamentinin mətbuat katibi vəzifəsinə təyin ediləcəyini elan etməkdən şərəf duyuram. Temmi mediada uzun müddətdir işləyir və iyirmi ildən artıqdır ki, Amerika vətəndaşlarına həqiqəti çatdırır. Əminəm ki, o, yeni vəzifəsində də eyni inam gücünü və qorxmaz ruhunu nümayiş etdirəcək”, - o vurğulayıb.
Hazırda ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsini Metyu Miller tutur.