ABŞ-nin yeni prezidenti Donald Tramp Qrenlandiya və Panama kanalına nəzarət etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilən mətbuat konfransı zamanı danışıb.
“Xeyr, sizi əmin edə bilmərəm. Siz Panama və Qrenlandiyadan danışırsınız. Mən sizi hər ikisi ilə bağlı əmin edə bilmərəm”, - Tramp dövlətlərə qarşı güc tətbiqi ilə bağlı suala belə cavab verib.