Amerika Birləşmiş Ştatları Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Məlumata görə, yeni yardım paketi Ukraynaya yardım üzrə təmas qrupunun yanvarın 9-da Almaniyada keçiriləcək iclasında rəsmən elan ediləcək.