Ukrayna lideri Volodimir Zelenski Ali Radaya Rusiya Federasiyası, eləcə də Belarus Respublikası ilə münasibətlərdə hüquq-mühafizə sahəsində əməkdaşlıq haqqında beynəlxalq müqavilələrin bir hissəsinin ləğvi haqqında qanun layihəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Radanın saytında məlumat verilib.
“Ukraynanın bəzi beynəlxalq müqavilələrinin dayandırılması haqqında” Ukrayna Qanununun layihəsi Rusiya Federasiyası və Belarus Respublikası ilə münasibətlərdə Beynəlxalq Şəxsi Hüquq üzrə Haaqa Konfransının, Avropa Şurasının və BMT-nin bir sıra beynəlxalq müqavilələrinin fəaliyyətini, habelə Ukrayna və Belarus Respublikası arasında “Həbs cəzasına məhkum edilmiş şəxslərin cəzalarının davam etdirilməsi haqqında” ikitərəfli Müqaviləni dayandırmağı təklif edir"- sənədin izahatında deyilir.