01:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada Kanada vətəndaşı Rusiya kəşfiyyatına işlədiyi iddiası ilə 8 aylıq həbs cəzasına məhkum edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşa Baş Prokurorluğu məlumat yayıb.

“Bu gün 18 yaşlı kanadalı Polşa Respublikasına qarşı yönəlmiş fəaliyyətlərdə iştirakı ilə bağlı cəza alıb”, - məlumatda bildirilir.

Məlumata görə, kanadalı Donetskdə olarkən Rusiya xüsusi xidmət orqanları ilə əlaqəyə girib. Ona Polşanın hərbi potensialı, Polşa ordusunda xidmət edən şəxsi heyət haqqında məlumatların toplanması və Rusiya kəşfiyyat orqanlarına ötürülməsi tapşırığı verilib.

Məhkəmə ttihamda nəzərdə tutulduğundan daha az cəza təyin edib.


Müəllif: Arzu

Oxşar xəbərlər