İran Yaxın Şərqdəki müttəfiqlərinə kömək etmək üçün Çindəki anbardan təxminən üç milyon barel neft götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən yazır.
Nəşr qeyd edir ki, neft İranın 2018-ci ilin sonunda Çinə göndərdiyi ən azı 25 milyon barellik ehtiyatdan götürülüb.
Məlumata görə, Pekin 2024-cü ilin noyabr və dekabrında İran rəsmiləri ilə danışıqlardan sonra İranın neft ixracını təsdiqləyib.