11 Yanvar 21:46
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya üçün Alternativin (AfD) həmsədri, Almaniya kansleri vəzifəsinə namizəd Elis Vaydel Rusiya qazının qorunub saxlanılan “Şimal axını 2” xətti ilə ölkəyə nəqlindən danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Welt"nəşri məlumat yayıb.

Məlumata görə, Vaydel AfD-nin kansler namizədi olaraq təsdiqləndiyi federal partiya konqresində çıxışı zamanı vəzifəyə gəldikdən sonra ilk 100 gündə həyata keçirəcəyi planlarından danışdı.

Onun sözlərinə görə, AfD hökumətinin rəhbərliyi altında Almaniya Rusiya qazını yenidən alacaq və bu qazın qalan “Şimal axını 2” xətti ilə nəqli planlaşdırılır.


Müəllif: Arzu

Oxşar xəbərlər