11 Yanvar 22:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu rəsmi şəxslərə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün Dohaya getməyi tapşırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Qərar İsrailin müdafiə naziri İsrael Katzın təhlükəsizlik xidmətinin rəhbərlərinin və ABŞ-nin danışıqlar aparan nümayəndələrinin iştirak etdiyi görüşdən sonra qəbul edilib.

Vurğulanıb ki, Qətərə “Mossad” kəşfiyyat xidmətinin rəhbəri Devid Barnea, Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bara, istefada olan general-mayor Nitzan Alon və siyasi məsləhətçi Ofir Falk gedəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər