12:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyada seçki məntəqələrində səsvermə keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Xorvatiyanın Dövlət Seçki Komissiyası məlumat yayıb.

Bildirilir ki, prezident seçkilərinin ikinci turunda səs vermək üçün ölkə daxilində və xaricdə 6,5 mindən çox seçki məntəqəsi açılıb.

Prezident vəzifəsi uğrunda mübarizə hazırkı ölkə lideri, birinci turda səslərin 49,09 faizini toplayan Zoran Milanoviç ilə keçmiş elm, təhsil və idman naziri Draqan Primorak arasında gedir. Primorak birinci turda səslərin 19,35 faizini toplaya bilib.

Qeyd edək ki, 2024-cü il dekabrın 29-da keçirilən ilk turda Xorvatiya prezidenti postuna 8 namizəddən heç biri 50%-dən çox səs toplaya bilməyib. Milanoviç və Primorak müvafiq olaraq 49,09 % və 19,35 % səs toplayıblar. İkinci turda qalib nisbi səs çoxluğuna görə seçiləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər