11 Yanvar 23:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhsil Nazirliyi yuxarı siniflərdə fizika, kimya və biologiya fənlərinin məcburi tədrisini ləğv etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Məlumata görə, Ukrayna məktəblərində 10, 11 və 12-ci sinif şagirdləri üçün fizika, biologiya, kimya, eləcə də xarici ədəbiyyat, dünya tarixi və coğrafiya artıq məcburi fənlər kimi tədris olunmaya bilər.

Bildirilir ki, bu fənlərin ləğvi orta məktəbin üç təhsil profilinə bölünməsi ilə (dil, ictimai-humanitar elmlər və fizika-riyaziyyat) bağlıdır. Ukrayna dili və ədəbiyyatı, riyaziyyat, bədən tərbiyəsi, Ukrayna tarixi və “Ukraynanın müdafiəsi” məcburi olaraq qalacaq.

Dəyişikliklər 2027-ci ildə qüvvəyə minəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər