Rusiyanın Mozambikdəki səfirliyi burada yaşayan vətəndaşlarına iğtişaşlarla əlaqədar evlərində qalmağı tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirlik özünün "Telegram" kanalında paylaşım edib.
"Mozambik Respublikasında daxili vəziyyətin qeyri-sabitliyi və yüksək iğtişaş ehtimalı ilə əlaqədar olaraq, bu həftənin sonuna qədər (13-19 yanvar) zərurət olmadıqca evinizi tərk etməməyi tövsiyə edirik", - bəyanatda deyilir.