16:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu portuqaliyalı ulduz Kriştianu Ronaldu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, Ronaldu klubun səhmdarı ola bilər.

Razılaşma əldə olunarsa, hücumçu klubun səhmlərinin 5 faizinə sahib olacaq. Bundan əlavə, onun maaşı hər mövsüm üçün 183 milyon avro olacaq ki, bu da gündəlik 550 min avro deməkdir.

Qeyd edək ki, Kriştianu Ronaldu “Əl Nəsr”ə 2023-cü ildə keçib. 40 yaşlı forvard bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında oynadığı 13 oyunda 11 qol vurub, 2 qol ötürməsi verib.


Müəllif: Adil Nəhmətli

Oxşar xəbərlər