Azərbaycanda metal filizlərin hasilatı kəskin azalıb.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 378,8 ton mis konsentratı hasil edilib ki, bu, 2023-cü il ilə müqayisədə 82,3 faiz azdır.
Eyni zamanda gümüş hasilatı 14 faiz azlaraq 3184,9 kq. olub. Qızıl hasilatı da 3,5 faiz azalaraq 2663,5 kq. olub.
Bu ilin əvvəlinə ehtiyat mis konsentratı 74,2 ton, gümüş ehtiyatı 334,9 kq., qızıl ehtiyatlı isə 56 kq. olub.