16:17
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Rusiya neftinə qarşı son sanksiyaları Sakit okean və Şimal Buzlu Okean limanlarından göndərilən gündəlik 1,5 milyon barel xam neftin həcmini məhdudlaşdıra bilər.

Teleqraf.com xəbər verir ki, sanksiyalar Rusiya ticarətində iştirak edən 158 neft tankerini hədəf alır və bu tankerlerin çoxunun ixtisaslaşmış olması, xüsusi olaraq quraşdırılması səbəbindən onları əvəzləmək çətin olacaq.

Sanksiyaların təsiri ticarətçilərin 2025-ci il üçün qlobal təchizat bolluğu gözləntilərini yenidən müəyyənləşdirə bilər. Brent nefti tədbirlərin tətbiq edilməyə başlanmasından ötən müddətdə hər barel üçün 5 dollar bahalaşıb.

Baltik və Qara dəniz limanlarından "Ural" neftinin daşınması isə daha az məhdudiyyətlərlə üzləşib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər