17:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Udineze” klubunun Nigeriya əsilli alman qapıçısı Maduka Okoyenin adı mərc qalmaqalında hallanır.

Teleqraf.com xəbər verir ki, buna qapıçının ötən il martın 14-də “Latsio” və “Udineze” klubları arasındakı qarşılaşmada şübhəli hərəkətləri səbəb olub.

O, oyunun 64-cü dəqiqəsində qapıdan zərbəni gecikdirdiyinə görə sarı vərəqə ilə cəzalandırılıb. Araşdırmalarla müəyyən olunub ki, həmin görüşdə qapıçının sarı vərəqə alacağına dair yuxarı məbləğlərlə mərc edilib. Udine şəhərinin prokurorluğu onun oyunlara mərc etdiyini aşkar edərsə, qapıçı 4 il müddətində idmandan uzaqlaşdırılacaq.

Qeyd edək ki, 25 yaşlı futbolçu 2023-cü ildən “Udineze”nin üzvüdür, onun müqavilə müddəti 2028-ci ilə qədərdir.


Müəllif: Adil Nəhmətli

Oxşar xəbərlər