16:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən il ali təhsilin bakalavr səviyyəsinə qəbul olunan tələbələrin sayı 2023-cü illə müqayisədə 8,5 faiz artaraq 57,4 min nəfər olub.

2024/2025-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 63 orta ixtisas təhsili müəssisəsində 63,4 min tələbə təhsil alıb. Onların 62,7 faizini qadınlar təşkil edib.

Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil və tibb müəssisələrində təhsil alan ölkə vətəndaşlarının sayı 246,5 min nəfər olub, onların da 51,1 faizini qadınlar təşkil edib.

Əvvəlki tədris ili ilə müqayisədə tələbələrin sayı 15,1 min nəfər və ya 6,5 faiz artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər