Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunan “44” adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir.
Teleqraf.com xəbər verir ki, Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlara gətirən bədii filmdə baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürel canlandırırlar.
Filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız da daxildir.
Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çəkiliş aparılan ərazidə olub.