Azərbaycanda fəaliyyət göstərən idman qurğularının sayı açıqlanıb.
Teleqraf.com Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 12 000-i keçib. Bunlardan 50-yə yaxını müasir Olimpiya İdman Kompleksidir.
Əhali arasında futbol, voleybol, şahmat, atletika, basketbol, dama, üzgüçülük, futzal, sərbəst güləş, cüdo və stolüstü tennisə daha çox maraq göstərilir.