21 Yanvar 16:53
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin sərhədlərinə çatmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Pavlo Narojnı bildirib.

Ekspert rusların daha da irəli gedib Dnepropetrovskun ərazisinə daxil olmaq istəyəcəklərini istisna etmir.

“Cəbhə xətti çox uzundur və düşmən bütün istiqamətlərə eyni vaxtda basqın edə bilməz. Məsələn, Dnepropetrovsk vilayətinin inzibati sərhədinə çatsalar, daha da irəli getmək onlar üçün çox çətin olacaq, çünki arxalarında böyük bir Ukrayna qrupu dayanacaq. İşğalçılar ilk növbədə bu problemi həll etməli olacaqlar. Üstəgəl, Slavyansk-Kramator aqlomerasiyasında çoxsaylı əhali var, yaşayış məntəqələri bir-birlərinə bitişikdir. Burada bütün yaşayış məntəqələrində şəhər döyüşləri aparmalı olacaqlar ki, bu da çox çətindir”.

Narojnının fikrincə, Donetsk vilayəti tam işğal olunmasa, rusların irəli getmələri çox çətin olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər