13:45
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə normallaşmasına kömək etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı deyib.

“2020-2022-ci illərdə üç ölkə liderinin əldə etdiyi üçtərəfli razılaşmaların inkişafı istiqamətində Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlər üzrə normallaşdırılması üçün lazımi yardımı göstərməyə hazırıq”, - deyə nazir bildirib.

Lavrov vurğulayıb ki, Moskvanın nöqteyi-nəzərindən bu razılaşmalar, xüsusən də regiondakı mövcud vəziyyət fonunda aktuallığını qoruyur:

“Bizim Cənubi Qafqaz istiqamətində fəaliyyətimizdə regional təhlükəsizlik mühüm yer tutur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər