Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Kartalkaya dağ-xizək kurortunda baş vermiş faciəvi yanğınla bağlı Türkiyəyə başsağlığı verib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, Türkiyə XİN-ə ünvanlanan başsağlığında hadisə ilə bağlı dərin hüzn ifadə olunub.
“Bu çətin zamanda həlak olanların ailələrinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk”, - Gürcüstan XİN-in “X” hesabında yazılıb.